Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
Beynəlxalq dərəcəli hakim, "Neftçi" klubunun sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilib.
Bu, müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.
Qeyd edək ki, tanınmış futbol funksioneri 2010-2014-cü illərdə "Neftçi"nin vitse-prezidenti vəzifəsində çalışıb. /qol.az/