Messi ölkə çempionatlarında 500-cü qolunu vurub
1932
03 Mar 2024 | 14:28

Messi ölkə çempionatlarında 500-cü qolunu vurub

Argentina millisinin ulduz futbolçusu Lionel Messi ölkə çempionatlarında 500-cü qolunu vurub.
 
37 yaşlı hücumçunun yubileyi "Orlando Siti"yə 5:0 hesabı ilə qalib gəldikləri MLS çempionatı matçında reallaşıb.
 
Təcrübəli forvard bu görüşdə iki dəfə fərqlənməklə dubl edib. O, "Barselona"da çıxış edərkən İspaniya La Liqasında 474, PSJ-nin formasını geyinərkən Fransa Liqa 1-də 22 qola imza atıb. Messinin MLS-də isə 4 qolu var.
 
Qeyd edək ki, Lionel Messi bütün rəsmi turnirlərdə 891 matçda meydanda olub, 722 qol və 345 məhsuldar ötürmə ilə yadda qalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər