“Zirə” klubu paraqvaylı yarımmüdafiəçini heyətinə qatıb
2030
01 Mar 2024 | 17:02

“Zirə” klubu paraqvaylı yarımmüdafiəçini heyətinə qatıb

“Zirə” klubu paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini heyətinə qatıb.
 
Klubdan verilən məlumata görə, 32 yaşlı futbolçu ilə müqavilə cari mövsümün sonuna qədər olan müddəti əhatə edəcək.
 
Yarımmüdafiəçi ilə müqavilə müddətini uzatmaq hüququ da "Zirə"yə məxsusdur.
 
Qeyd edək ki, 2016/2017 mövsümündə "Zirə"nin şərəfini qoruyan futbolçu Azərbaycanda həmçinin “Şamaxı”, “Neftçi”, İtaliyada “Çezena”, “Pavia”, İspaniyada “Alaves”, Rumıniyada “Unversitad Krayova", Səudiyyə Ərəbistanında “Ohod” klublarında çıxış edib.
 
Link kopyalandı!
Son xəbərlər