“Qarabağ”ın qapıçısı Rusiya millisinə dəvət edilib
İdman
2084
01 Mar 2024 | 14:40

“Qarabağ”ın qapıçısı Rusiya millisinə dəvət edilib

“Qarabağ” klubunun qapıçısı Andrey Lunyov Rusiya millisinə dəvət edilib.
 
Moderator.az xəbər verir ki, komandanın təlim-məşq toplanışı martın 14-15-də başlayacaq.
 
38 futbolçudan ibarət heyətdə dörd qapıçının adı var. Hazırlıq prosesinə Andrey Lunyov ilə yanaşı, Matvey Safonov (“Krasnodar”), İlya Lantratov ( “Lokomotiv”) və Aleksandr Maksimenko (“Spartak”, Moskva”) da qatılacaqlar.
 
Rusiya millisi martın 21-də Serbiya, 25-də isə Paraqvay ilə Moskvada yoldaşlıq oyunu keçirəcək.
 
Link kopyalandı!
Son xəbərlər