Azərbaycanın iki idmançısı lisenziya turnirinə yollanıb
2015
26 Feb 2024 | 15:09

Azərbaycanın iki idmançısı lisenziya turnirinə yollanıb

Azərbaycanın iki idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kamandan oxatma üzrə reytinq xarakterli Dünya Təsnifat Turnirinə yollanıb.
 
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, Azadə Abdullayeva və Cahan Musayev adıçəkilən yarışda qüvvələrini sınayacaqlar.
 
Onlar kamandan oxatma növündə mübarizə aparacaqlar.
 
Turnir Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya verir.
 
Qeyd edək ki, bu gün start götürən yarış martın 7-də başa çatacaq.
 
Link kopyalandı!
Son xəbərlər