Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb
2462
25 Feb 2024 | 16:05

Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.
 
Moderator.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu üstələyib.
 
“Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.
 
Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.
Link kopyalandı!
Son xəbərlər