Avropa Liqası: “Qarabağ” – “Braqa” oyununda ümumi hesab bərabərləşdi – YENİLƏNİB-11
3246
23 Feb 2024 | 00:15

Avropa Liqası: “Qarabağ” – “Braqa” oyununda ümumi hesab bərabərləşdi – YENİLƏNİB-11

115-ci dəqiqədə qonaqlar 3-cü qolu vurur. Ümumi hesab bərabərləşir - 5:5.
 
23:55
102-ci dəqiqədə Mateuş Silva vurduğu qolla hesabı 1:2 edib. Ümumi hesabda isə “Qarabağ” 5:4 önə keçib.
 
23:43
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda əlavə vaxtın oyununa başlanılıb.
 
23:37
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda 90 dəqiqə başa çatıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qonaq komanda əsas vaxtı 2:0 hesabı ilə öndə tamamlayıb.
 
İlk görüşdə “Qarabağ” 4:2 hesablı qələbə qazandığından, ümumi hesab bərabərləşib – 4:4. Bu səbəbdən oyunda 30 dəqiqəlik əlavə vaxt oynanılacaq.
 
23:27
Qonaqlar 82-ci dəqiqədə hesabı 0:2 edir. 83-cü dəqiqədə Alvaro Calo adını tabloya yazdırıb.
 
23:14
“Braqa” 70-ci dəqiqədə hesabı açır. Fernander fərqlənir - 0:1.
 
23:05
Matçın 56-cı dəqiqəsində “Qarabağ” azlıqda qalır. Elvin Cəfərquliyev ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılır.
 
Hazırda oyunda qol vurulmayıb - 0:0.
 
22:47
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda fasilə başa çatıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə ikinci hissə başlayıb.
 
İlk yarıdan sonra hesab açılmayıb - 0:0.
 
22:32
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan görüşdə komandalar fasiləyə yollanıblar.
Birinci hissədən sonra hesab açılmayıb - 0:0.
 
21:45
“Qarabağ”la Portuqaliyanın “Braqa” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma saat 21:45-də start götürüb.
 
Matçın baş hakimi bolqarıstanlı FIFA referisi Georgi Kabakovdur.
 
Braqadakı ilk matçda 4:2 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qoruyacaqları təqdirdə, tarixində ilk dəfə 1/8 finala yüksələcək.
 
20:42
Bakıda UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və Portuqaliyanın “Braqa” klubunun start heyətləri açıqlanıb.
Komandalar meydançaya aşağıdakı “11-lik”lərlə çıxacaqlar.
 
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüsenov, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Olavio Juninyo.
 
“Braqa”: 1. Mateus, 4. Siku Niakate, 15. Paulu Oliveyra, 2. Viktor Qomeş, 26. Kristian Borxa, 16. Rodriqo Salasar, 22. Pittsi, 28. Joau Moutinyu, 11. Rocer Fernandeş, 23. Simon Banza, 9. Abel Ruis
 
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq. Portuqaliyada baş tutan ilk görüşdə Azərbaycan çempionu 4:2 hesablı qələbə qazanıb.
Link kopyalandı!
Son xəbərlər