Azərbaycan güləşçiləri beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar
İdman
2361
22 Feb 2024 | 17:00

Azərbaycan güləşçiləri beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar

Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi millisi Qazaxıstana yollanıb.
 
Federasiyadan Moderator.az-a verilən məlumata görə, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.
 
Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.
 
Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.
 
Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13-də Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər