19 nokautla rekord qıran döyüşçünün adı UFC-nin “Şöhrət zalı”na daxil ediləcək
İdman
2687
18 Feb 2024 | 12:49

19 nokautla rekord qıran döyüşçünün adı UFC-nin “Şöhrət zalı”na daxil ediləcək

Qarışıq döyüş sənəti (MMA) üzrə braziliyalı döyüşçü Vanderley Sezar da Silvanın adı UFC-nin (Mütləq Döyüş Çempionatının) “Şöhrət zalı”na daxil ediləcək.
 
47 yaşlı idmançı Yaponiyanın “Pride” və ABŞ-nin UFC turnirlərində MMA üzrə yarışıb. O, peşəkar döyüşçü kimi karyerasına 20 yaşında Tay boksunda ikiqat Braziliya çempionu olmaqla başlayıb.
 
Silva karyerasında 19 döyüşü nokautla başa vurub ki, bu da UFC və “Pride” tarixində rekord göstəricidir.
Ümumilikdə, Vanderley peşəkar karyerası ərzində 51 döyüş keçirib. Onun döyüşlərinin 35-i qələbə, 14-ü məğlubiyyət, biri heç-heçə ilə başa çatıb. Daha bir döyüş isə etibarsız hesab edilib.
 
Mənbə: championat.com
Link kopyalandı!
Son xəbərlər