İdman
1839
08 Feb 2024 | 17:52

"Qarabağ"ın U-15 komandası beynəlxalq turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB

“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə 1/4 finala yüksəlib.
 
Ağdam təmsilçisi Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində yer aldığı B qrupunu 7 xalla birinci yerdə tamamlayıb.
 
Vüqar Əsgərlinin kollektivi III turda yerli BATE ilə heç-heçə edib - 1:1. “Qarabağ”ın heyətində 25-ci dəqiqədə Murad İbrahimli fərqlənib.
 
Növbəti mərhələnin matçları fevralın 9-da keçiriləcək.
 
Qeyd edək ki, “Qarabağ” ilk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i 2:0 hesabı ilə məğlub edib.
 
15:23
 
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ikinci oyununu keçirib.
 
Moderator.az Ağdam təmsilçisinin rəsmi “Facebook” səhifəsinə istinadən xəbər verir ki, Minskdə təşkil olunan “Bizim gələcəyimiz” adlı turnirin B qrupunda mübarizə aparan Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 Rusiya “Olimpik”i ilə qarşılaşıb.
 
İlk turda “Zvezda”ya 2:0 hesabı ilə qalib gələn komanda ardıcıl ikinci qələbəsini qazanıb.
 
“Qarabağ” bu dəfə də rəqibinin qapısından iki cavabsız qol keçirib. Onur Əliyev 21-ci dəqiqədə hesabı açıb, 10 dəqiqə sonra Kəmaləddin Cəfərli fərqlənib.
 
Qeyd edək ki, komanda qrupdakı son matçında Belarus təmsilçisi BATE ilə qarşılaşacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər