Avropa Superliqası UEFA-ya xəbərdarlıq edib - FOTO
1973
31 Jan 2024 | 20:50

Avropa Superliqası UEFA-ya xəbərdarlıq edib - FOTO

Avropa Superliqasının təşkilatçısı olan A22 şirkəti UEFA-ya məktub göndərərək, təşkilata qarşı qanunsuz rəqabətdən çəkinməyə çağırıb.

Bu barədə şirkətin “X” sosial şəbəkə hesabında məlumat verilib.

Məktubda Super Liqa UEFA-nı və onun rəhbərlərini şirkətə, onun biznes təşəbbüslərinə, tərəfdaşlarına və direktorlarına qarşı istənilən formada rəqabətə zidd hərəkətləri dayandırmağa çağırıb.

“Rəqibləri Avropa klublararası rəqabət bazarından xaric etmək məqsədi ilə UEFA-nın rəqabətə zidd hərəkətlərini davam etdirməsi qeyri-qanunidir və UEFA-nın vurduğu onsuz da əhəmiyyətli zərəri daha da artıracaq. Biz bütün müvafiq tədbirlərdə istənilən müvafiq addımı atmaq hüququnu özümüzdə saxlayırıq. Bu cür rəqabətə zidd davranışın şirkətə, onun layihələrinə və tərəfdaşlarına vurduğu və vurmaqda davam etdiyi maddi ziyana görə həm bərpaedici tədbirlər, həm də kompensasiya tələb etməklə UEFA-ya, onun rəhbərliyinə qarşı yurisdiksiyalarda müvafiq addımlar atmaq hüququmuzu qoruyuruq”, - deyə məktubda bildirilir.

 

Link kopyalandı!
Son xəbərlər