Anxelinyonun transferi ilə bağlı razılıq əldə olunub - FOTO
İdman
1777
29 Jan 2024 | 18:00

Anxelinyonun transferi ilə bağlı razılıq əldə olunub - FOTO

“Leypziq”in müdafiəçisi Anxelinyo mövsümün ikinci hissəsini icarə əsasında “Roma”da keçirəcək.

Bu barədə insayder Fabritsio Romano özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Bildirilir ki, o bu gün İtaliyaya gedib, gələn həftə isə tibbi müayinədən keçəcək.

Müqavilədə altı milyon avroluq birbaşa satınalma bəndi də yer alacaq.

Mövsümün ilk hissəsində icarə əsasında Türkiyənin “Qalatasaray” klubunda çıxış edən ispaniyalı idmançı bütün turnirlərdə 19 oyunda iştirak edib, bir qol vurub və bir məhsuldar ötürmə edib.

Onun “Leypziq”lə müqaviləsi 2025-ci ilin yayına qədərdir.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər