Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir
İdman
1790
18 Jan 2024 | 09:12

Azərbaycan millisinin futbolçusu Polşa klubuna keçir

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə çox yaxındır.

28 yaşlı müdafiəçi LKS (Lodz) komandasında çıxış edə bilər.

Keçidin tezliklə açıqlanacağı vurğulanıb.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışır. LKS (Lodz) hazırda Polşa Ekstraklasasında 18 oyundan sonra 10 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər