“Mançester Yunayted” səfərdə “Vest Hem”ə uduzdu - VİDEO
İdman
2182
23 Dec 2023 | 19:31

“Mançester Yunayted” səfərdə “Vest Hem”ə uduzdu - VİDEO

İngiltərə Premyer Liqasının 18-ci turunda “Vest Hem” “Mançester Yunayted”lə qarşılaşıb.

Londondakı Olimpiya stadionundakı matç ev sahiblərinin qələbəsilə başa çatıb - 2:0.

İlk hissə qolsuz keçib. İkinci hissənin 72-ci dəqiqəsində Bouen hesabı açıb. Tezliklə, 78-ci dəqiqədə Məhəmməd Kudus fərqi artırıb - 2:0. Onun qolu bu görüşdə sonuncu olub.

 

Bu matçın nəticəsindən sonra “Mançester Yunayted” turnir cədvəlində səkkizinci pilləyə geriləyib. Komanda 18 görüşdən 28 xal toplayıb. “Vest Hem” eyni sayda oyundan 30 xalla 6-cı pilləyə yüksəlib.

Link kopyalandı!
Son xəbərlər