Laporta Xavinin “Barselona”dakı gələcəyinə aydınlıq gətirdi
İdman
1736
19 Dec 2023 | 11:01

Laporta Xavinin “Barselona”dakı gələcəyinə aydınlıq gətirdi

“Barselona” klubunun prezidenti Joan Laporta Kataloniya klubunun baş məşqçisi Xavi Ernandesin gələcəyi barədə danışıb.

Qeyd edək ki, bir sıra İspaniya KİV-ində 43 yaşlı məşqçinin tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə xəbərlər dərc olunub.

Öz növbəsində Joan Laporta Xaviyə güvəndiklərini və onunla yollarına davam edəcəklərini bildirib.

“Biz Xaviyə tam etibar edirik”, - deyə Joan Laporta vurğulayıb.

Qeyd edək ki, hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 35 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 9 xal geri qalır.

Mənbə: Barça Universal

Link kopyalandı!
Son xəbərlər