“Qarabağ”a vurulan qol Avropa Liqasının qrup mərhələsinin ən yaxşısı adına namizəddir
1940
19 Dec 2023 | 10:11

“Qarabağ”a vurulan qol Avropa Liqasının qrup mərhələsinin ən yaxşısı adına namizəddir

Almaniyanın “Bayer 04” klubunun futbolçusu Viktor Bonifeysin “Qarabağ”a vurduğu qol UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşısı adına namizəddir.

Nigeriyalı hücumçunun Leverkuzendə 5:1 hesabı ilə qalib gəldikləri görüşdə cərimə meydançası kənarından vurduğu qol fərqləndirilib.

Ən yaxşı adına digər namizədlər “Vest Hem”dən (İngiltərə) Lukas Paketa, “Marsel”dən (Fransa) Pyer-Emerik Obameyanq, “Molde”dən (Norveç) Maqnus Volf Eykrem, “Tuluza”dan (Fransa) Tanjis Dallinqa, “Vilyarreal”dan (İspaniya) Santi Komesana, AEK-dən (Yunanıstan) Cibril Sidibe, “Renn”dən (Fransa) Lorenz Assinyon və Ludovik Blasdır.

Paketanın iki qolu ən yaxşı olmağa iddiaçıdır.

Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Link kopyalandı!
Son xəbərlər