11:08
4°C
Bakı
İngiltərə Premyer Liqasında 16-cı turun daha bir matçı yekunlaşıb.
Turnirin üst sıralarındakı iki komanda “Aston Villa” və “Arsenal” Villa Park arenasında üz-üzə gəlib.
Stadiona toplaşmış tamaşaçılar cəmi bir qolun şahidi olublar. Oyunun 7-ci dəqiqəsində ev sahibləri topu qonaqların qapısından keçirərək qarşılaşmanın taleyini həll ediblər 1:0.
Bu nəticədən sonra “topçular” 36 xalla 2-cı sıradadır. “Aston Villa” isə rəqibilə xal fərqini minimuma endirərək 35 xalla 3-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəlki turda “Aston Villa” eyni hesabla “Mançester Siti”yə qalib gəlmişdi.