İngiltərə klubu 89 illik rekordu təkrarlayıb
2061
07 Dec 2023 | 09:37

İngiltərə klubu 89 illik rekordu təkrarlayıb

İngiltərə klubu “Brayton” ölkə çempionatında 89 illik rekordu təkrarlayıb.

Komanda bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla buna nail olub.

İngiltərədə bunu sonuncu dəfə 1934/1935 mövsümündə “Vulverhempton” bacarmışdı. Eyni göstəricini 89 ildən sonra “Brayton” təkrarlayıb.

Qeyd edək ki, “Brayton” İngiltərə Premyer Liqasında 15 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Roberto De Zerbinin kollektivi bu qarşılaşmalarda 32 qol vurub, 27-ni buraxıb.

Link kopyalandı!
Son xəbərlər