Belçika millisinin aparıcı futbolçusu AVRO-2024-ü buraxacaq
İdman
1946
06 Dec 2023 | 21:50

Belçika millisinin aparıcı futbolçusu AVRO-2024-ü buraxacaq

Belçika millisinin futbolçusu Tibo Kurtua Avropa çempionatının final mərhələsində iştirak etməyəcək.

31 yaşlı qolkiper çarpaz bağın yırtılması səbəbindən mövsümün əvvəlindən meydanlardan kənar qalıb. Onun ən yaxşı halda 2024-cü ilin yazında məşqlərə başlayacağı gözlənilir. Kurtua AVRO-2024 ərəfəsində futbola dönə biləcək. Lakin həmin vaxt optimal formadan uzaq olacağı üçün Madriddə qalaraq məşqlərini davam etdirəcək.

Qeyd edək ki, Belçika millisi 2024-cü ilin iyun-iyul aylarında baş tutacaq AVRO-2024-də Slovakiya və Rumıniya ilə eyni qrupda yer alacaq. Qrupun dördüncü iştirakçısı pley-off mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.

Mənbə: euro-football.ru

Link kopyalandı!
Son xəbərlər