Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat alıb
2265
29 Nov 2023 | 20:20

Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

O, Çağırış Kubokunun 1/8 final oyununda iş başında olacaq.

Z.Hacıyev “Qalatasaray Daikin” (Türkiyə) – “Visbaden” (Almaniya) görüşündə birinci hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşma noyabrın 30-da İstanbulda baş tutacaq.

Link kopyalandı!
Son xəbərlər