İdman
2587
04 Nov 2023 | 18:00

"Qarabağ" "Kəpəz"i darmadağın etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
 
Moderator.az-ın məlumatına görə, günün ilk matçında "Qarabağ" "Kəpəz"i qəbul edib.
 
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma Ağdam təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
"Köhlən atlar"ın qollarını 2, 15 və 43-cü dəqiqələrdə Yassin Benzia, 13-cü və 51-ci dəqiqədə Leandro Andrade, 37-ci dəqiqədə Olavio Juninyo, 63-cü dəqiqədə Nəriman Axundzadə vurub. Qonaqların heyətində isə 18-ci dəqiqədə Adama Niane fərqlənib.
 
Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Qarabağ" liderliyə yüksəlib. "Kəpəz" 6 xalla sonuncudur.
 
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Qəbələ" - "Neftçi" və "Sabah" - "Zirə" oyunları isə noyabrın 5-də gerçəkləşəcək.
 
Ötən gün "Səbail" evdə "Turan Tovuz"u 2:1 hesabı ilə üstələyib.
 
Link kopyalandı!
Son xəbərlər