15:27
21°C
Bakı
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin geridə qalan 10 ayı ərzində top-çempionatlarda ən çox qol vuran oyunçuların siyahısını açıqlayıb.
İlk pillədə İngiltərə millisinin və "Bavariya" klubunun hücumçusu Harri Keyn qərarlaşıb.
Türkiyədə "Qalatasaray"ın şərəfini qoruyan Mauro İkardi ikinci, İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann üçüncü sıradadır.
Futbolçu | Qol sayı | Ölkəsi | Klubu | |
1 | Harri Keyn | 29 | İngiltərə | "Tottenhem", "Bavariya" (Almaniya) |
2 | Mauro İkardi | 28 | Argentina | "Qalatasaray" (Türkiyə) |
3 | Erlinq Holann | 26 | Norveç | "Mançester Siti" (İngiltərə) |
4 | Kilian Mbappe | 26 | Fransa | PSJ |
5 | Santyaqo Ximenes | 26 | Meksika | “Feyenoord” (Niderland) |
6 | Lautaro Martines | 25 | Argentina | "İnter" (İtaliya) |
7 | Marko Perez | 25 | Kolumbiya | "Aqilas Doradas" |
8 | Kriştianu Ronaldu | 25 | Portuqaliya | "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) |