Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib - FOTO
1858
01 Nov 2023 | 19:10

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib - FOTO

Gənc boksçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

Tədbir torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Parad keçidindən sonra Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov çıxış edib. O bildirib ki, son yarışla müqayisədə həm iştirakçı, həm də komanda sayında artım var. S.Hüseynov qeyd edib ki, birinciliyə döyüşlərin daha obyektiv və ədalətli keçirilməsi üçün ölkə xaricindən supervayzer və IBA-nın üçulduzlu iki hakimi dəvət edilib.

Dövlət Himni səsləndirildikdən sonra yarış açıq elan olunub.

 

Qeyd edək ki, Boks Mərkəzində təşkil olunan yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 59 komandadan 227 oğlan boksçu qatılıb. Qaliblərin adına noyabrın 6-da aydınlıq gələcək.

Birinciliyin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlıdır.

Özbəkistanlı Aleksandr Hamidov və qırğızıstanlı Jamila Borkoyeva münsif funksiyasını yerinə yetirəcəklər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər