“Red Bull” komandasının pilotu, üçqat dünya çempionu Maks Ferstappen Meksikada baş tutan “Formula-1” Qran-prisinin qalibi olub.
Bu onun mövsümdə 16-cı qələbəsi olub. Ferstappen bu göstərici üzrə rekordu yeniləyib - onun 2022-ci ildə 15 qələbəsi rekord göstərici idi.
Qran-pridə ikinci yeri “Mercedes” komandasının pilotu britaniyalı Lyuis Hamilton tutub. İlk üçlüyü “Ferrari” ilə Şarl Lekler tamamlayıb.
Qeyd edək ki, niderlandlı Ferstappen “Formula-1” üzrə üçqat dünya çempionudur (2021, 2022 və 2023). O, həm də “Formula-1” Qran-prisinin ən ardıcıl qələbələri rekorduna sahibdir - 2023-cü ildə o ardıcıl 10 dəfə mərhələdə qalib olub.
Mənbə: Çempionat