18:04
13°C
Bakı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Qərb derbisində "Turan Tovuz" "Kəpəz"i qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib. Qolları 45-ci dəqiqədə Otto Con, 54-cü dəqiqədə Roderik Miller, 58-ci dəqiqədə Sertan Taşkın, 67-ci dəqiqədə Luis Paçu vurub.
Bu nəticədən sonra xallarının sayını 15-ə çatdıran Tovuz klubu beşinci sırada "Neftçi"yə çatıb. Gəncə təmsilçisi isə 6 xalla sonuncu - 10-cu yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Zirə" "Səbail"lə heç-heçə edib - 2:2. XI turun qalan oyunları 29-30 oktyabrda baş tutacaq.