Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iki medal qazanıblar - FOTO
İdman
1754
28 Oct 2023 | 12:52

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirdə iki medal qazanıblar - FOTO

Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən “Riga City Council's Youth Cup” turnirində mübarizəyə uğurla start veriblər.

Yarışın ilk günündə milli komandanın hesabına iki medal yazılıb.

13 yaşadək idmançılar arasında bacarığını göstərən Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata sahib çıxıblar.

Xatırladaq ki, komanda Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər