AKAF Türkiyənin iki federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO
İdman
1608
27 Oct 2023 | 16:00

AKAF Türkiyənin iki federasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilə həm Türkiyə Kanoe Federasiyası (TKF), həm də Türkiyə Avarçəkmə Federasiyası (TAF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Bu barədə jurnalistlərə açıqlamasında AKAF-ın mətbuat katibi Vüsal Qurbanov xəbər verib.
 
O bildirib ki, federasiyalar arasında təcrübə mübadiləsinin aparılması gələcəkdə idmançıların birlikdə məşqlər keçməsinə şərait yaradacaq: “Eyni zamanda, federasiyaların birgə təşkilatçılığı ilə beynəlxalq yarışlar da keçiriləcək”.
 
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər