Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq
1998
25 Oct 2023 | 10:35

Böyük Dəbilqə: Azərbaycanın daha iki cüdoçusu tatamiyə çıxacaq

Bu gün Azərbaycanın daha iki cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.

İbrahim Əliyevlə Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) tatamiyə çıxacaq.

Ötən gün Leyla Əliyeva (48 kq) bürünc medal qazanıb, Ruslan Paşayev (66 kq) isə beşinci olub.

Qeyd edək ki, Azərbaycanı yarışda 14 cüdoçu təmsil edir. Turnir oktyabrın 26-da başa çatacaq.

Link kopyalandı!
Son xəbərlər