“Qalatasaray”a uduzan “Mançester Yunayted”dən antirekord
İdman
2115
04 Oct 2023 | 11:21

“Qalatasaray”a uduzan “Mançester Yunayted”dən antirekord

İngiltərənin “Mançester Yunayted” klubu 37 ildən sonra antirekordunu təkrarlayıb.

“Qırmızı şeytanlar” 1986-cı ildən bəri ilk dəfə mövsümün startında keçirdiyi 10 oyunun 6-da məğlubiyyətlə üzləşiblər.

Komanda son olaraq UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda evdə Türkiyə çempionu “Qalatasaray”a uduzub - 2:3.

 

Mançester təmsilçisi bu görüşə qədər beş dəfə yenilib. Komanda ÇL-də “Bayern”ə uduzubsa, İngiltərə Premyer Liqasında səkkiz qarşılaşmanın dördünü məğlub başa vurub.

Mənbə: manchestereveningnews.co.uk

Link kopyalandı!
Son xəbərlər