08:26
5°C
Bakı
Asiya Çempionlar Liqasının həyəcanını yaşayan İranın paytaxtı bu dəfə məşhur braziliyalı futbolçu Neymarı qəbul edir. Belə ki, Neymarın komandası “Əl-Hilal” və İranın “Nessaci Mazenderan” komandası oktyabrın 3-də Tehranın “Azadi” stadionunda üz-üzə gələcək.
Bu mühüm qarşılaşma iranlı qadın futbolsevərlərə uzun müddətdən sonra tribunada olmaq imkanı yaradacaq. Belə ki, yerli mətbuatın məlumatına görə, iranlı qadınlar “Əl-Hilal” - “Nessaci Mazenderan” matçını stadiondan izləyə biləcəklər. Bunun üçün onlara 2500 yer ayrılıb.
Mənbə: Haber Global