13:35
12°C
Bakı
Norveçin “Molde” klubunun futbolçusu Veton Berişa Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda “Qarabağ”a qarşı keçirdikləri oyun barədə fikirlərini bildirib.
29 yaşlı müdafiəçi minimal hesabla uduzduqları matçda bütün komponentlərdə Azərbaycan təmsilçisindən geri qaldıqlarını deyib:
“Təəssüf ki, rəqib həm müdafiədə, həm də hücumda bizdən daha üstün idi. “Qarabağ” çox yaxşı komandadır. Topla sərbəst davrana bilmirdik. “Qarabağ” hərtərəfli bizi üstələdi”.
Qeyd edək ki, “Qarabağ” “Molde”ni 1:0 hesabı ilə məğlub edib.
Mənbə: viplay.no