Azərbaycan millisinin baş məşqçisi: “Belçika ilə mübarizə aparmaq olar”
İdman
2177
07 Sep 2023 | 15:40

Azərbaycan millisinin baş məşqçisi: “Belçika ilə mübarizə aparmaq olar”

“Belçika ilə mübarizə aparmaq olar”.
 
Bunu “Report”a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev əsas yığmanın AVRO-2024-ün seçmə mərhələsində Belçika önündə şanslarını dəyərləndirərkən deyib.
 
44 yaşlı mütəxəssis “Dalğa Arena”da baş tutacaq qarşılaşmadan uğurlu nəticə ilə ayrılmağın mümkün olduğunu düşünür: “Milli barədə həmişə müsbət düşünmüşəm. Yığmamız əvvəllər də Belçika ilə oynayıb. Futbol elə səviyyəyə çatıb ki, zəif komandalar da güclü rəqiblərdən xal ala bilirlər. Demək olar ki, hər seçmə mərhələdə bir sensasiya qeydə alınır. Rəqibin adının Belçika olmasına baxmayaraq, hər şey mümkündür. Həm Belçikanın, həm də bizim bu görüşə necə hazırlaşmağımızdan çox şey asılı olacaq. İstənilən nəticə qeydə alına bilər”.
 
Samir Əliyev milliyə çağırılan futbolçulardan 8-nin legioner həyatı yaşamasını üstünlük hesab edir: “Legionerlərin sayının çox olması əlavə üstünlükdür. Çünki futbolçularımız xarici ölkələrin çempionatlarında müntəzəm oynayırlar, özlərini yaxşı tərəfdən göstərirlər. Xüsusən də hücum xəttində rəqabət var. Hər an nəticəyə təsir edə bilən futbolçuların varsa, ümid edə bilirsən ki, ələ düşən qol imkanlarından yararlanmaq şansın yüksək olacaq”.
 
Qeyd edək ki, sentyabrın 9-da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər