“Qarabağ” “köçür”: PFL qərar verdi
İdman
2224
05 Sep 2023 | 14:44

“Qarabağ” “köçür”: PFL qərar verdi

“Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət ünvanlayıb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, klub “Azərsun Arena”da aparılan əsaslı təmir-bərpa işləri ilə əlaqədar olaraq ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməklə bağlı dəyişiklik edilməsini istəyib.

“Qarabağ”ın müraciətini, “Azərsun Arena”da aparılan işləri, Tofiq Bəhramov adına Respublika stadionunun mövsümün əvvəlindən Azərbaycan Premyer Liqası üçün qəbul olunduğunu nəzərə alan PFL VI turun “Qarabağ” - “Sabah” (tarix və saat eyni saxlanılmaqla) oyunundan etibarən “Qarabağ”ın ev matçlarını növbəti rəsmi bildirişə qədər Respublika stadionunda keçirməsinə qərar verib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər