11:49
8°C
Bakı
“Real Sosyedad” La Liqanın 4-cü turu çərçivəsində evdə “Qranada”nı məğlub edib - 5:3.
San Sebastian klubunun heyətində Takefusa Kubo dubl edib (9-cu və 44-cü dəqiqə), Martin Subimendi (59-cu dəqiqə) və Ander Barreneçea (67-ci) hərəyə bir dəfə fərqləniblər. “Qranada”nın müdafiəçisi Adriya Miqel Boş 76-cı dəqiqədə öz qapısına qol vurub.
Qonaq komandadan isə 35-ci dəqiqədə Le Norman, 83-cü dəqiqədə Boye, 90+9-cu dəqiqədə Saraqosa fərqləniblər.
“Real Sosyedad” mövsümdə ilk qələbəsini qazanıb və hesabında altı xal var. “Qranada”nın isə üç xalı var.