İdman
2412
02 Sep 2023 | 09:55

"Qarabağ"ın rəqibi daha bir futbolçusu ilə yollarını ayırıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Norveç "Molde"si futbolçusu Ola Brunhildsenlə yollarını ayırıb.

24 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək.

Norveç millisinin də formasını geyinən oyunçu "Midyulann"a keçib. Daha əvvəl Sivert Mannsverki Niderland nəhəngi “Ayaks”a satılıb.

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Molde" ilə yanaşı, Almaniyanın "Bayer 04" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər