“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi
2048
30 Aug 2023 | 15:56

“Qarabağ” - “Olimpiya” oyununu yayımlayacaq telekanal dəyişdi

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.
 
Moderator.az-ın məlumatına görə, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.
 
Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər