Avropada günün ən maraqlı futbol qarşılaşmaları - AFİŞA
İdman
3817
27 Aug 2023 | 11:57

Avropada günün ən maraqlı futbol qarşılaşmaları - AFİŞA

Bu gün Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol oyunları keçiriləcək.
 
İngiltərə Premyer Liqasında son çempion “Mançester Siti” “Şeffild Yunayted”in qonağı olacaq.
 
Matç saat 17:00-da (Bütün oyunların saatı Bakı vaxtı ilə göstərilib - red.) başlayacaq.
 
Saat 19:30-da turun mərkəzi oyunu keçiriləcək. “Liverpul” “Nyukasl”ın qonağı olacaq.
 
Eyni saatda Almaniya Bundesliqasında son çempion “Bayern” meydana çıxacaq. Komanda “Auqsburq”u qəbul edəcək.
 
İtaliya A Seriyasında “Yuventus” öz meydanında “Bolonya”nı sınağa çəkəcək. Matçın start fiti saat 20:30-da səslənəcək. Saat 22:45-də son çempion “Napoli” “Sassuolo”nun müqavimətini qırmağa çalışacaq.
 
İspaniya La Liqasında “Barselona” çətin “Vilyarreal” səfərində meydana çıxacaq. Görüş saat 19:30-da başlayacaq.
 
İngiltərə Premyer Liqası
 
17:00. “Şeffild Yunayted” - “Mançester Siti”
18:30. “Nyukasl” - “Liverpul”
 
Almaniya Bundesliqası
 
19:30. “Bavariya” – “Auqsburq”
 
İtaliya A Seriyası
 
20:30. “Yuventus” – “Bolonya”
 
22:45. “Napoli” - “Sassuolo”
 
İspaniya La Liqası
 
19:30. “Vilyarreal” – “Barselona”
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər