Azərbaycanın yeniyetmə qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un Zaqrebə ezam olunmuş əməkdaşı xəbər verir ki, 52 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Qədəşova adını finala yazdıraraq fransalı Alissiya Poulangeyə rəqib olub.
Daha əvvəl oğlan cüdoçulardan Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar. Musayev israilli İzak Aşpizlə, Yusubov isə polşalı Şimon Şuliklə güləşəcək.
Azərbaycan cüdoçuları ilk yarış günündə bir dəst medal əldə ediblər. 50 kq çəki dərəcəsində Nihad Məmişov qızıl, Məhəmməd Məmişov gümüş, Mirxaliq İskəndərov (55 kq) isə bürünc medala yiyələniblər.
16:05
Azərbaycanın iki yeniyetmə cüdoçusu Xorvatiyada keçirilən dünya çempionatında finala yüksəlib.
60 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Musayev yarımfinalda litvalı Simas Polikeviçyusdan güclü olub.
66 kq-da isə Əbil Yusubov eyni mərhələdə gürcüstanlı Giorgi Givişvilini məğlubiyyətə uğradıb.
15:52
Azərbaycanın qız cüdoçusu Xədicə Qədəşova Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda braziliyalı Rafaela Rodrigesə qalib gəlib.
Qədəşova bu raundda Almaniya təmsilçisi Maya Toszegi ilə üz-üzə gələcək.
15:32
52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda ispaniyalı Maria Monteneqroya qalib gəlib.
Qədəşova bu mərhələdə braziliyalı Rafaela Rodrigeslə görüşəcək.
Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Məhəmməd Musayev Xorvatiyada keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda rumıniyalı Tudor Mosoini məğlub edib.