Qadın şahmatçılar arasında Dünya Kubokunun qalibi müəyyənləşib
2389
21 Aug 2023 | 19:35

Qadın şahmatçılar arasında Dünya Kubokunun qalibi müəyyənləşib

Qadın şahmatçılar arasında Bakıda keçirilən Dünya Kubokunun qalibi müəyyənləşib.

FİDE-nin bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina turnirin qalibi olub.

Rusiyalı idmançı finalda bolqarıstanlı Nurgül Salimovanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ukraynalı Anna Muziçuk isə üçüncü yeri tutub.

Qeyd edək ki, kişilər arasında Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.

Link kopyalandı!
Son xəbərlər