Azərbaycan millisinin və
İdman
1813
20 Aug 2023 | 12:37

Azərbaycan millisinin və "Neftçi"nin qrupları, oyun təqvimləri müəyyənləşib

3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində Azərbaycan millisinin və "Neftçi"nin qrupları və oyun təqvimləri müəyyənləşib.

Yarış avqustun 22-23-də 16 komandanın iştirakı ilə təşkil olunacaq.

D qrupunda qərarlaşmış yığma Litva və Almaniya ilə mübarizə aparacaq. İlk oyun avqust 22-də, saat 18:15 -də Litva seçməsinə qarşı baş tutacaq.

“Neftçi” isə C qrupunda "Yuanda" (Çin) və təsnifat mərhələsi qrupundan lider kimi əsas qruplara yüksəlməyə çalışacaq üç millidən (İtaliya, Malayziya və Tayland) biri ilə gücünü sınayacaq. Bakı klubu ilk oyununu saat 17:50 -də məhz bu yığmalardan birinə qarşı keçirəcək.

Qeyd edək ki, quplarda ilk iki yeri tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Bakı mərhələsinin oyunları dənizkənarı bulvarda yerləşən saat qülləsinin yanında keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər