Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 finala vəsiqə qazanıb
İdman
2556
13 Aug 2023 | 19:22

Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 finala vəsiqə qazanıb

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib.

Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.

İlk partiyada olduğu kimi, cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.
Onun növbəti rəqibi Yan Nepomnyaşi - Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər