“Sabah” - “Partizan” oyununun biletləri satışa çıxarıldı
1667
07 Aug 2023 | 17:09

“Sabah” - “Partizan” oyununun biletləri satışa çıxarıldı

UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Partizan” (Serbiya) ilk oyunu üçün bilet satışına başlanılıb.
 
Klubdan verilən məlumata görə, biletləri “iTicket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.
 
Satılmış hər biletdən əldə olunan bir manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
 
Qeyd edək ki, avqustun 10-da keçiriləcək “Sabah” - “Partizan” görüşü saat 20:00-da başlayacaq.
 
Link kopyalandı!
Son xəbərlər