Bizi sosial şəbəkələrdən izləyin:
Qətərli şeyx Mabhut Al-Marri sosial şəbəkələrdə “PSJ”nin hücumçusu Neymarın bu yay “Barselona”ya qayıdacağını yazıb.
Bu barədə “Report” “Mundo Deportivo” məlumat yayıb.
Nəşr nəşri iddia edir ki, Al-Marri hər iki klubun rəhbərliyinə yaxındır, hətta “Barselona”nın prezidenti Joan Laporta ilə dostdur.
Qeyd edək ki, avqustun 5-də Neymar sosial şəbəkələrdən “PSJ”nin futbolçusu olması ilə bağlı məlumatı silib.
31 yaşlı Neymar 2017-ci ildən “PSJ”də çıxış edir. Keçən mövsüm o, 29 oyunda 18 qol vurub, 17 məhsuldar ötürmə edib, lakin aldığı zədə səbəbindən mart ayından meydana çıxmır.
O, Braziliya millisində 124 oyuna çıxıb, 77 qol vurub, 56 məhsuldar ötürmə edib.