Azərbaycanın daha iki güləşçisi dünya çempionatının finalına çıxıb
İdman
1460
01 Aug 2023 | 20:13

Azərbaycanın daha iki güləşçisi dünya çempionatının finalına çıxıb

Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında finala yüksəlib.

 

45 kq-da Turan Daşdəmirov yaponiyalı Kaysey Yamamoto (10:0) və qırğızıstanlı Kadirbek Almanbetova (9:1) tam üstünlüklə qalib gələrək yarımfinala adlayıb. O, finala gedən yolda iranlı Əhməd Əmiriqasroddaştidən güclü olub – 5:1. Daşdəmirov həlledici görüşdə rusiyalı Rüstəm Abatsiyevlə qarşılaşacaq.

51 kq-da Əli Seyidəlili 1/8 finalda rusiyalı İliya Kandalinə 3:8 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Azərbaycan təmsilçisi təsəlliverici görüşdə gürcüstanlı Koba Karumidzeylə güəşəcək.

71 kq-da yarışan Cavad Məmmədov təsnifat mərhələsində finlandiyalı Severi Maenpaepaeyə uduzub - 7:10.

60 kq-da Roman Kərimov hindistanlı Varun Varun (5:2) və ekvadorlu Adrian Velizi (8:1) üstələyərək yarımfinala yüksəlib. O, finalın bir addımlığında rusiyalı Mingiyan Qoryayevi 9:5 hesabıyla məyus edib. Kərimov həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeylə üz-üzə gələcək.

92 kq-da çıxış edən Mikayıl İsmayılov türkiyəli Alixan Bərəkətə 5:1 hesabıyla qalib gəldikdən sonra 1/4 finalda qırğızıstanlı Nurbolat Sirqabayulunu sonuncu xal prinsipinə əsasən (1:1) yolundan kənarlaşdırıb. Yarımfinalda gürcüstanlı Saba Purtseladzeyə 1:3 hesabı ilə uduzan İsmayılov bürünc medal uğrunda Sərdarbek Rüstəmov (Özbəkistan) / Əliəkbər Aşgarivaladi (İran) cütünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən 65 kq çəki dərəcəsində mübarizə aparan Yusif Əhmədli mundialın finalına vəsiqə qazanıb. İdmançı bu gün Zaur Beslekoyevlə (AİN) qızıl medal görüşünə çıxacaq.

Link kopyalandı!
Son xəbərlər