Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda ilk dəfə keçiriləcək II Liqanın iştirakçılarının sayı dəyişdiriləcək.
Federasiyadan verilən məlumata görə, yarışa qatılacaq komandaların sayı 12-dən 14-ə çatdırılacaq.
Bununla bağlı İcraiyyə Komitəsi (İK) qərar verəcək və onun növbəti toplantısı qarşıdakı günlərdə baş tutacaq.
Dəyişikliyə səbəb AFFA-ya çoxsaylı müraciətlərin daxil olmasıdır.
Ötən mövsüm Region Liqasının finalında oynamış “Çinar” (Zəngilan), həmçinin “Göyəzən” kimi region komandaları II Liqada mübarizə aparmaq istədiklərini bildirib. /Sportinfo.az/