13:18
11°C
Bakı
Rusiyanın "Krasnodar" klubunda çıxış edən "Qarabağ"ın keçmiş futbolçusu Kadi Borges uzunmüddətli zədədən sonra sıraya qayıdıb.
Bu barədə braziliyalı yarımmüdafiəçinin agenti Helsio Alisk "Sport-Express" nəşrinə açıqlama verib.
O bildirib ki, 27 yaşlı oyunçu Moskva "Spartak"ına qarşı Rusiya Kubokunun qrup mərhələsinin ilk tur matçında meydana çıxa biləcək. Görüş iyulun 27-də oynanılacaq.
Qeyd edək ki, Kadi Borges ötən mövsüm Premyer Liqanın XXIV turunda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə hava toqquşması zamanı ciddi xəsarət almışdı. Qarşılaşma aprelin 27-də keçirilmişdi.