11:34
12°C
Bakı
“Neftçi” ilə Rusiyanın “Spartak” (Moskva) klubu arasında memorandum imzalanıb.
Bakı klubundan verilən məlumata görə, əməkdaşlıq 1 il müddətinə nəzərdə tutulub.
Bununla bağlı bu gün hər iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib. Memorandum əsasında klublar arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, 1922-ci ilin aprelin 18-də yaradılan “Spartak” Rusiyada xalqın komandası sayılır və ölkənin ən titullu klubudur.