Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəlib
1454
13 Jul 2023 | 19:18

Azərbaycanın sərbəst güləşçisi reytinq turnirində finala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Macarıstanın paytaxtı Budapeştdə start götürən reytinq turnirində finala yüksəlib.

97 kq-da çıxış edən idmançı yarımfinalda almaniyalı Erik Tileyə 7:1 hesabı ilə qalib gəlib. O, finalda ABŞ-dan olan olimpiya və dünya çempionu Kayl Snayderlə qarşılaşacaq.

86 kq çəki dərəcəsində yer alan Abubakr Abakarov isə israilli Yuri Kalaşnikovu 8:0 hesabı ilə üstələsə də, 1/4 finalda türkiyəli Osman Göçenə uduzub - 3:6. Rəqibi finala çıxa bilmədiyindən Azərbaycan təmsilçisi yarışı medalsız başa vurub.

Link kopyalandı!
Son xəbərlər