İdmançımız Moldovada üç qızıl medal qazandı
1709
07 Jul 2023 | 15:58

İdmançımız Moldovada üç qızıl medal qazandı

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında üç qızıl medal qazanıb.
 
Moderator.az-ın məlumatına görə, yaşı 15-ədək olan oğlanlar arasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırmada 118 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə Avropa birincilyinin qızıl medalına sahib çıxıb.
 
O, təkanla qaldırmada da uğurlu çıxışla yadda qalıb. Heydərov 139 kq-ı ram edib və bu hərəkətdə də Avropanın ən yaxşısı olub.
 
Toplam 257 kq (118+139) nəticə göstərən ağırlıqqaldıran yekun sıralamada da qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Link kopyalandı!
Son xəbərlər