01:10
12°C
Bakı
Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.
Yığma Fernando Dinizə tapşırılıb.
49 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilmiş Titeni əvəzləyib.
"Fluminense" klubunun da baş məşqçisi olan Fernando Diniz oradakı vəzifəsinə də davam edəcək.
Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges açıqlamasında 2024-cü ildə komandaya İspaniya "Real Madrid"ində çalışan Karlo Ançelottinin rəhbərlik edəcəyini söyləyib. O, italiyalı mütəxəssisin sözləşməsinin DÇ-2026-dək qüvvədə olacağını vurğulayıb.